AVTOMATİK PROQRAM YENİLƏMƏLƏRİ

AVTOMATİK PROQRAM YENİLƏMƏLƏRİ

DAİM ƏLAQƏDƏ, DAİM YENİLƏNMİŞ VƏZİYYƏTDƏ

Texnoloji cəhətdən inkişaf etmiş Defender avtomobiliniz smartfonunuz kimi uzaqdan yenilənir. Avtomobilin 'software-over-the-air' texnologiyası sayəsində o, daim yenilənmiş vəziyyətdə qalacaq və qarşıdakı macəralara hazır olacaq. Defender modelinizin daxili məlumat bağlantısından istifadə etməklə, ən son proqram təminatı ğdənişsiz olaraq avtomatik şəkildə yüklənə bilər. Yeniləməni dərhal həyata keçirmək məcburi deyil – siz onu özünüzə uyğun olan vaxtda, iki həftə əvvəldən planlaşdıra bilərsiniz.

*Yalnız PIVI və PIVI Pro Məlumat-əyləncə sistemi üçün

Proqram təminatı yeniləməsini necə quraşdırmaq olar?

ADDIM 1 – YENİLƏMƏYƏ BAŞLAYIN

ADDIM 1 – YENİLƏMƏYƏ BAŞLAYIN

Yeniləmə mövcud olduqda, sensor ekran üzərində iki seçimlə bildiriş görünəcək: ‘Update now’ və ya ‘Schedule’. Əgər tələb olunarsa, davam etmək üçün şərtləri və qaydaları qəbul edin.
  ADDIM 2 – QURAŞDIRMA

ADDIM 2 – QURAŞDIRMA

Hazır olduqda ‘Update now’ düyməsini basın. Bəzi yeniləmələrin başlaması üçün avtomobilin söndürülməsi, kilidlənməsi və siqnalizasiyanın aktiv olması tələb olunur. Bu halda, quraşdırma prosesi davam edərkən avtomobildən istifadə mümkün olmayacaq. Defender avtomobiliniz bu tip yeniləmə tələb olunduqda sizi xəbərdar edəcək.
 3-CÜ ADDIM – CƏDVƏLƏ DAXİL EDİN

3-CÜ ADDIM – CƏDVƏLƏ DAXİL EDİN

Yeniləmə avtomobilin söndürülməsini tələb edirsə, onu sizin üçün əlverişli vaxta planlaşdıra bilərsiniz. Yeniləmələri ən çox iki həftə əvvəlcədən planlamaq mümkündür.
  ADDIM 4 – TAMAMLA

ADDIM 4 – TAMAMLA

Yeniləmə tamamlandıqdan sonra sensor ekranında quraşdırmanın uğurla başa çatdığını bildirən məlumat görünəcək. Artıq Defender avtomobiliniz üçün ən son proqram təminatından istifadə edə bilərsiniz.

PROGRAM TƏMİNATININ YENİLƏNMƏSİ İSTİFADƏ QEYDLƏRİ

Aşağıdakı keçidlər vasitəsilə hər bir proqram versiyasının məzmununa baxın.

HAMISINI AÇ
OS 2.0.1
OS 2.0.2
OS 2.0.3
OS 2.0.4
OS 2.0.5
OS 2.0.5a
OS 2.0.6

AVTOMATİK YENİLƏMƏLƏR

Proqram təminatının əksər yeniləmələri quraşdırılmadan əvvəl sizin tərəfindən təsdiqlənməlidir. Lakin bəzi hallarda, təhlükəsizlik, müdafiə və ya sistemlərin texniki xidməti məqsədilə Defender müəyyən yeniləmələri avtomatik olaraq özü həyata keçirə bilər. Avtomatik yeniləmə zamanı heç bir əməliyyat etməyinizə ehtiyac yoxdur, sensor ekranda bildiriş göstərilmir və siz avtomobili normal şəkildə idarə etməyə davam edə bilərsiniz.

*Yalnız PIVI və PIVI Pro Məlumat-əyləncə sistemi üçün