LAND ROVER ENERJİ MƏNBƏYİNƏ QOŞULA BİLƏN HİBRİD

LAND ROVER ENERJİ MƏNBƏYİNƏ QOŞULA BİLƏN HİBRİD


PHEV - MÖVCUD OLAN ƏN İNNOVATİV GÜC ÖTÜRMƏMİZ
PHEV AVTOMOBİLİNİ ARAŞDIRIN
P400e Range Rover avtomobillərinin əfsanəvi imkanlarına elektrikləşdirilmənin faydalarını gətirir və inanılmaz aşağı emissiyalarla EV rejimində 51 km-ə qədər məsafə qət edir.
ELİZABET HİLL
BAŞ MƏHSUL MÜHƏNDİSİ

GÜC

Avtomobil təkmilləşdirilmiş 2,0 litrlik 300 PS Si4 Ingenium benzin mühərriki və yüksək xarakteristikalı 85 kVt-luq elektrik motorunun kombinasiyasından istifadə edərək‡404 PS məhsuldarlıq və 73 q/km CO2 emissiyaları hasil edir.

YENİLƏNMİŞ, SAKİT İDARƏETMƏ

PHEV elektrik avtomobili (EV) rejimində faktiki olaraq səssiz idarəetmə təcrübəsi təmin edir və optimal məhsuldarlığı təmin edərək benzin mühərriki ilə elektrik motoru arasında səlis keçidlər edir.

İDARƏETMƏ REJİMLƏRİ

Benzin və elektrik ötürücüsünü özündə birləşdirən Paralel Hibrid rejimi (standart təyin edilən idarəetmə rejimi) və ya EV (Elektrik avtomobili) tam elektrik ötürücüsü rejimi arasında seçim edin. ^

RƏQİBSİZ XARAKTERİSTİKALAR

Xarakteristika və performansa gəldikdə, PHEV dəqiq və mükəmməldir və bərədən keçmə* və daşlıq ərazilərdə hərəkət kimi yolsuzluq şərtlərini tam idarə edə bilir.

İŞ PRİNSİPİ

ELEKTRİK AVTOMOBİLLƏRİ HAQQINDA

YÜNGÜL HİBRİD ELEKTRİK AVTOMOBİLİ (MHEV)

YÜNGÜL HİBRİD ELEKTRİK AVTOMOBİLİ (MHEV)

MHEV avtomobilin sürət yığması zamanı adətən itirilən enerjini toplayan və saxlayan və bu enerjidən mühərrikə kömək etmək üçün istifadə edən yüngül hibrid sistemdir. O, özündə avtomobilin sürəti tam aşağı düşərkən mühərrikin söndürülməsinə imkan verən təkmilləşdirilmiş dayandırma/işəsalma sistemini də birləşdirir. Bu funksiya avtomobilin yanacaq sərfiyyatını da yaxşılaşdırır.
HİBRİD ELEKTRİK AVTOMOBİLİ (HEV)

HİBRİD ELEKTRİK AVTOMOBİLİ (HEV)

Ənənəvi mühərriklə effektivliyi artırmaq üçün elektrik motoru və akkumulyator paketinin hesabına hərəkətə gətirilən Hibrid Elektrik Avtomobilinin (HEV) akkumulyatoru dinamik tormozlanmanın sayəsində enerji yığır.
ENERJİ MƏNBƏYİNƏ QOŞULA BİLƏN HİBRİD ELEKTRİK AVTOMOBİLİ (PHEV)

ENERJİ MƏNBƏYİNƏ QOŞULA BİLƏN HİBRİD ELEKTRİK AVTOMOBİLİ (PHEV)

Ənənəvi mühərriki elektrik motoru və akkumulyatorla bir araya gətirir. Enerji mənbəyinə qoşula bilən Hibrid Elektrik Avtomobili (PHEV) xarici elektrik enerjisi mənbəyindən enerji yığır və optimal xarakteristika və effektivliyə nail olmaq üçün dinamik tormozlanmadan istifadə edərək mühərrik və elektrik motoru arasında mükəmməl seçim edir, yaxud hər ikisini eyni zamanda istifadə edir.
AKKUMULYATORLU ELEKTRİK AVTOMOBİLİ (BEV)

AKKUMULYATORLU ELEKTRİK AVTOMOBİLİ (BEV)

Ənənəvi mühərriki olmayan Akkumulyatorlu Elektrik Avtomobili (BEV) yalnız akkumulyatorlu elektrik motoru ilə hərəkətə gətirilir, enerji mənbəyinə qoşulan enerji yığma məntəqəsində yenidən enerji yığır və daima təmiz elektrik avtomobili kimi hərəkət edir. Xarici enerji mənbəyindən enerji yığan və dinamik tormozlanmadan istifadə edən BEV qaz ixrac borusundan emissiyaların sıfır səviyyəsində qalmasına nail olur.

ELEKTİK AVTOMOBİLİNİN ENERJİ YIĞMASI

PHEV AVTOMOBİLİNİN ENERJİ YIĞMASI HAQQINDA

PHEV AVTOMOBİLİNİN ENERJİ YIĞMASI HAQQINDA


Ev şəraitində enerji yığma kabeli avtomobilinizin evdəki elektrik yuvasından gecə vaxtı enerji yığmasına imkan verir. Elektrik avtomobillərinin enerji yığması üçün daha optimal və ya sürətli həll yolları tələb edildikdə əlavə enerji yığma həlləri, o cümlədən Dəyişən cərəyanlı elektrik paylama qutusunu seçə bilərsiniz. **
AVTOMOBİLİN ENERJİ YIĞMASINI ARAŞDIRIN

MODELİNİZİ SEÇİN

RANGE ROVER PHEV

RANGE ROVER PHEV

Bu fərqli, zərif və dəbdəbəli avtomobil bütün Range Rover keyfiyyətlərinə sahibdir. Üstəlik, o, PHEV avtomobilinin effektivliyi və xarakteristikası ilə Ultimate Range Rover anlayışına yeni məna qazandırır.
BU MODELİ KƏŞF EDİN ÖZ AVTOMOBİLİNİZİ QURUN
RANGE ROVER SPORT PHEV

RANGE ROVER SPORT PHEV

Range Rover Sport PHEV avtomobili performans, xarakteristika və effektivliyi yeni zirvələrə qaldırır. Avtomobilin dinamik dizaynı və çevik, etibarlı idarəetmə təcrübəsi performansın artması və indiyə qədər mövcud olan ən innovativ mühərrikimizin təmin etdiyi daha aşağı emissiyalarla tamamlanır.
BU MODELİ KƏŞF EDİN ÖZ AVTOMOBİLİNİZİ QURUN

*Avtomobilin bərədən keçməsi yalnız mühərrik işə salındığı halda mümkündür
*
* Enerji yığma müddəti bazardan, enerji təchizatından və enerji yığma vasitəsindən asılı olaraq dəyişir.
^ Sürücüyə mövcud olandan daha çox güc və fırlatma momenti lazım olduğu, yaxud akkumulyatorun səviyyəsi avtomobilin hərəkətini saxlamaq üçün kifayət etməyən həddə düşdükdə Paralel Hibrid rejimi avtomatik olaraq yenidən işə düşür. PHEV modellərində arxa yük yeri daha kiçik ölçüyə malikdir. Xahiş edirik, əlavə məlumat əldə etmək üçün yerli pərakəndə satış təmsilçisi ilə əlaqə saxlayın
‡ Bütün rəqəmlər istehsalçının hədəfləndiyi rəqəmlərdir və istehsala başlamazdan əvvəl yekun olaraq təsdiq edilməlidir. Qeyd etmək lazımdır ki, CO2 və yanacağa qənaət göstəriciləri təkərin quraşdırılmasından asılı olaraq dəyişə bilər və standart təkərlərlə ən aşağı göstəricilərə nail olmaq mümkün deyil.