
Texnoloji cəhətdən inkişaf etmiş Discovery-niz smartfonunuz kimi uzaqdan yenilənir. Avtomobilin “software-over-the-air” texnologiyası sayəsində o, həmişə yenilənmiş qalır və qarşıdakı macəralara hazır olur. Discovery-nin daxili data bağlantısından istifadə etməklə ən son proqram təminatı avtomatik olaraq və əlavə xərc olmadan endirilə bilir. Yeniləmələri dərhal həyata keçirmək məcburi deyil – sizin üçün əlverişli olan vaxtı seçərək iki həftə əvvələ qədər planlaşdıra bilərsiniz.
*Yalnız PIVI və PIVI Pro Məlumat-əyləncə sistemi üçün




Aşağıdakı keçidlər vasitəsilə hər bir proqram versiyasının məzmununa baxın.
Əksər proqram yeniləmələri quraşdırılmadan əvvəl sizin təsdiqinizi tələb edəcək. Lakin bəzi hallarda Discovery, sistemlərin təhlükəsizliyi, mühafizəsi və ya texniki xidməti üçün özünü avtomatik şəkildə yeniləyə bilər. Avtomatik yeniləmələr zamanı sizin hər hansı bir əməliyyat etməyinizə ehtiyac yoxdur, sensor ekranda bildiriş görünməyəcək və avtomobili adi qaydada sürməyə davam edə bilərsiniz.
*Yalnız PIVI və PIVI Pro Məlumat-əyləncə sistemi üçün