Bəzi ailələr onlara təqdim olunan yol ilə irəliləyərkən digərləri öz yolunu çəkir. Land Rover Discovery-nin qurucuları bu cür insanlardır.
Bu, orijinal SUV modelidir. Həyatınızı tam olaraq istədiyiniz kimi yaşamağınıza kömək edir.
Yeni, eyni zamanda gözəçarpan.
İngilis ixtirasının məhsulu olan Discovery 1980-ci illərdə siyasi və iqtisadi təlatümlər fonunda yaradılmışdır. Bunun arxasında duran komanda yaradıcılığına güvənirdi.
Land Rover-in icraçı direktoru Toni Gilroy layihəni dəstəklədi. Komandasının uzaq məsafələrə birlikdə səyahət etmək istəyən maraqlı, aktiv ailələr üçün yeni avtomobil növü yarada biləcəyinə əmin idi.
O haqlı idi. Artan rifah və Soyuq Müharibə gərginliyinin azaldılması fonunda 1989-cu ildə istehsal olunan Land Rover Discovery dərhal uğur qazandı.
Toni və komandasının gördüyü iş sadəcə onun hissələrini bir araya gətirmək deyildi. Range Rover ilə ortaq komponentləri olmasına və Defender dizaynından ilham almasına baxmayaraq, bu model özü ayrılıqda ulduz kimi parlayırdı.
Fanatik həvəskarlar Range Rover sürücülərinə tanış olan ön şüşə və ya qapıları və Yüksək Sürüş Mövqeyini fərq etmiş ola bilərdilər, lakin bu model heç Range Rover kimi görünmürdü. İlk Land Rover Discovery-nin yalnız iki qapısı var idi və tərsinə açılan ön kapotu yox idi.
Ehtiyat təkəri quraşdırılmış və yan açılan arxa qapı, damdakı Alpine işıqları və rezin ayaqaltılar Defender-i xatırladırdı. Buna baxmayaraq bu model yenilik idi.
Artırılmış dam üçüncü sıradakı oturacaqlar üçün baş hündürlük məsafəsi yaradan diqqətəlayiq bir xüsusiyyət idi. Əvvəlcə ən arxada yerləşən bu iki əlavə oturacaq üz-üzə baxırdı və baş-başa söhbətlər üçün əla yer idi.
Əlavə oturacaqlara ehtiyacınız olmadıqda onları yerləşdirməyiniz üçün baqajda iki saxlama bölməsi var idi.
Korpusun fərqli cizgiləri, eləcə də iki yeni lyuk seçimi Land Rover Discovery-nin digərlərindən seçilməsini təmin etdi.
Arxa qapının qeyri-adi formada pəncərəsi var idi və sağında ehtiyat təkəri yerləşdirilmişdi. Orijinal Discovery ilk növbədə sükanı sağda yerləşən avtomobillərin geniş yayıldığı bazarlar üçün nəzərdə tutulmuşdu, buna görə də sürücülərin çiyinlərinin üstündən baxaraq geri sürməsi daha asan olurdu və bu zamanlar avtomobildə kamera texnologiyası yox idi.
Discovery 3 çıxana qədər arxa qapı sol sükan üçün yenidən dizayn edilmişdi. Eyni zamanda ehtiyat təkəri avtomobilin arxa hissənin altına köçürülmüşdü və bu günə qədər orada qalmaqdadır.
İnteryeri ən başdan Discovery-ni digərlərindən fərqləndirirdi. Conran Design ilə yaradılmış orijinal model yepyeni ideyalar və kreativ detallarla zəngin idi.
İlk başlarda Sonar Blue rəngi ilə buraxılan və sonradan Bahama Beige rəngi əlavə edilən modelə arxa mərkəzi konsola quraşdırılmış uyğun çiyin çantası daxil idi.
Həmin çantanı açdıqda içərisindən yolsuzluqla bağlı tövsiyələr, texniki xidmət və təmir haqqında dünya miqyasında məlumatların yer aldığı istifadəçi təlimatı çıxırdı. Başlanğıcdan bəri Discovery sahiblərinin bu adın mənasına uyğun davranmaları gözlənilirdi.
Discovery ailənizin həyat tərzini əks etdirirdi və yola çıxıb maraqlı fəaliyyətlərlə məşğul olmağı təşviq edirdi. İlk Discovery modeli bunu saxlama cibləri və torları olan dam kimi detallarla daha da vurğulayırdı.
Lakin məsələ heç vaxt sadəcə salonla əlaqəli deyildi. Başlanğıcdan etibarən ön kapotun altında inqilabi bir yenilik var idi.
Yeni 200TDi mühərriki birbaşa yanacaq inyeksiyası ilə bir çox ailənin axtardığı performans və qənaət balansı təklif edirdi. Buna baxmayaraq bəziləri onun əvəzinə əfsanəvi V8-i seçdi.
Land Rover Discovery hər cür şəraitdə həm möhkəm, həm də praktik idi. O bunu səkkiz il ərzində məşəqqətli Camel Trophy beynəlxalq yolsuzluq macəra yarışlarında iştirak edərək sübut etdi.
Sonrakı Discovery modelləri çətinlik dərəcəsi eyni olan G4 Challange yarışlarında iştirak etdilər. Discovery araşdırmağı sevən insanlar üçün ideal vasitə idi və bunun ən böyük sınağı burada büruzə veriridi.
Discovery II 1998-ci ildə ailəyə uyğun beşqapılı kuzov stilini təqdim etdi. Həmin ailələrdən bəziləri avtomobildə daha böyük lüks və müstəsna imkanlar olmasını istəyirdilər. Onlar bunu dəri oturacaqları və kondisioneri olan ES modeli ilə əldə etdilər.
Kəskin dəyişikliklər sadəcə xarici görünüşdə deyil, eyni zamanda yeni texnogiyalarda da baş verdi. Məsələn, Dartma Nəzarəti və Təpədən Enmə Nəzarəti kimi yeniliklər Discovery-nin yolsuzluqda daha da səmərəli olmasına kömək etdi.
Təpədən Enmə Nəzarəti 2004-cü ildə Discovery 3-də təqdim olunan Land Rover Səthi Tanıma sisteminə təkmilləşdirildi. Bu sistem xüsusi olaraq sürücüyə yolsuzluqda qeyri-adi imkanlar təklif edən müxtəlif variantlardan birini seçməyə imkan verir.
Bundan iki il sonra Land Rover Discovery Sport təqdim edildi. Ailəvi səyahətlər üçün ideal yol yoldaşı artıq öz növbəsində bir ailəyə çevrilmişdi.
Discovery Sport mövcud beşoturacaqlı premium SUV modelləri ölçüsündə yeddi oturacaq təklif edir və dizayn baxımından müasir dəbdəbənin və ətraf mühit dostu olaraq elektrik hibrid növü ilə təqdim olunur.
2016-cı ilin beşinci nəsli Discovery Discovery Sport-un yeni dizayn tərzini tam olaraq yeddioturacaqlı avtomobildə təqdim etdi.
Bu gün Land Rover Discovery ailəsi, 30 ildən çoxdur onu xarakterizə edən ailə macərası ruhunu təcəssüm etdirən çox yönlü və ağıllı dizayn edilmiş interyeri ilə fərqli bir dizayn təkamülünü bir araya gətirir.
İnsan həyatını asanlandıran dizaynı və texnologiyasına əlavə olaraq, bu avtomobil genişliyi və istifadəni nəzərə alaraq hər kəs üçün rahatlıq və bağlantı təklif edir.
Discovery dünyanın ən bacarıqlı və çoxfunksiyalı tam olaraq yeddioturacaqlı lüks SUV modellərindən biridir.
1989-cu ildən bəri istehsal olunan bu avtomobil hər zaman səyahət və birlik sevincini təmsil edəcəkdir.