Range Rover classic parked on top of the hill

İLK LÜKS SUV

Sahara səhrasında olduğu qədər Monakoda, Place du Casino meydanında da özünü evindəki kimi hiss edən avtomobil. Range Rover tamamilə yeni və unikal sürüş təcrübəsi yaratmaq arzusu ilə doğuldu.

HƏR ŞƏRAİTƏ UYĞUN AVTOMOBİL

Rover sedanının rahatlığını və yolda hərəkət qabiliyyətini Land Rover-in yolsuzluq bacarıqları ilə birləşdirən bir avtomobil yaratmaq. Bu, bir vizyon idi və beləliklə, ilk lüks SUV dünyaya gəldi. Range Rover 1970-ci ilin iyununda “Hər şəraitə uyğun avtomobil” şüarı ilə təqdim olunaraq dünyada öz izini qoydu.

BİR İKONANIN TƏKAMÜLÜ

BİRİNCİ NƏSİL

Yüngül alüminium V8 mühərriki, daimi tam ötürücü sistemi və dörd təkərdə disk əyləcləri ilə yeni Range Rover 17 iyun tarixində təqdim olunur.
Range Rover parked

İKİNCİ NƏSİL

Uzun təkər bazalı şassi, yenilənmiş yarı-monokok kuzov və təkmilləşdirilmiş elektron hava asqısı ilə Range Rover (P38a) təqdim olunur.
Range Rover Classic driving on road

ÜÇÜNCÜ NƏSİL

Tam müstəqil hava asqısı ilə Range Rover (L322) təqdim edilir və RAF Kinloss, Skibo və Novar Estate-də keçirilən sınaq sürüşlərində nümayiş olunur.
Range Rover Classic driving on road

YARIM MİLYONLUQ AİLƏ

500 000-ci Range Rover Birləşmiş Krallıqda, Solihull istehsal zavodumuzda yığılır.
Range Rover Classic driving on road

RANGE ROVER SPORT

4,4 litrlik V8 və 4,2 litrlik V8 superkompressorlu benzin mühərrikləri ilə ikinci model xətti Range Rover Sport təqdim olunur.
Range Rover driving on Road

DÖRDÜNCÜ NƏSİL

Yeni model dünyanın ilk alüminium SUV-u kimi 6 sentyabr tarixində Londondakı Kral Balet Məktəbində təqdim olunur.
Range Rover driving on Road

DÜNYANIN ƏN SÜRƏTLİ SUV-U

Range Rover Sport SVR tarixdəki ən sürətli istehsal SUV-u kimi təqdim olunur.
Range Rover Sports SUV parked on bridge

HEAVEN’S GATE ZİRVƏSİNƏ DOĞRU

Range Rover Sport Plug-in Hybrid Çində yerləşən Heaven’s Gate-ə aparan 45 dərəcə bucaqlı, 999 pilləli nəhəng pilləkəni qalxan ilk avtomobil olur.
Range Rover Sports climbing heaven's gate in china

SU KANALININ FƏTHİ

Range Rover Sport İslandiyadakı Kárahnjúkar bəndi və daşan su kanalı boyunca qalxaraq daha bir dünya rekorduna imza atır.
Range Rover driving in water

YENİ BİR ERANIN BAŞLANĞICI

Elektrikli gələcəyə dair baxışımız reallaşır.
Range Rover parked in electric station

TƏCRÜBƏLİ SƏYYAH

DARİEN MEŞƏ ZOLAĞININ KEÇİDİ

DARİEN MEŞƏ ZOLAĞININ KEÇİDİ

1972-ci ildə Range Rover Britaniya Ordusu tərəfindən təşkil olunan Cənubi Amerikadakı təhlükəli Darien meşə zolağından keçidi də əhatə edən 29 000 km-lik Trans-Amerika ekspedisiyasını uğurla tamamlayan ilk avtomobil oldu.

HƏMİŞƏ NÜMUNƏVİ LİDERLİK EDİR

YENİLİKLƏRİN ÖNCÜSÜ

Yaradıldığı gündən etibarən Range Rover avtomobil dünyasında daimi tam ötürücü sistemə sahib ilk SUV kimi ənənələri sındırırdı. Yeniliklər heç vaxt dayanmadı.


1989-cu ildə Range Rover dünyada Bloklanmaya qarşı Əyləc Sisteminə (ABS) malik ilk 4 x 4 oldu. 1992-ci ildə isə elektron dartma nəzarəti və avtomatik elektron hava asqısını birləşdirən ilk 4 x 4 kimi tarixə düşdü.


2009-cu ildə dünyanın ilk Adaptiv Dinamika sistemini təqdim etdi, 2012-ci ildə isə onu daha yüngül, daha güclü və daha səmərəli edən tam alüminium kuzova sahib ilk SUV oldu.

Range Rover classic in water
“Bu gün də Range Rover müasirliyin simvoludur, biz isə onun unikal siluetini və bənzərsiz dizaynını daim inkişaf etdiririk.”
Gerry McGovern
JLR Baş Yaradıcılıq Direktoru

DİQQƏT MƏRKƏZİNDƏ DƏ EVİNDƏKİ KİMİ

Range Rover səhnədə də, ən çətin sınaqlarda da eyni dərəcədə təbii görünür.