Özünəməxsus Xüsusiyyətlər

  • TÜND BOZ ÖRTÜKLÜ 20" 10 cüt-qollu "STYLE 1032" DİSKLƏRİ
    TÜND BOZ ÖRTÜKLÜ 20" 10 cüt-qollu "STYLE 1032" DİSKLƏRİ

    20" disklər dizaynının mərkəzində simvolik Land Rover loqosu olan dinamik 10 cüt qoldan təşkil olunub.

  • XÜSUSİ GÜNDÜZ İŞIQLARINA MALİK MATRIX LED FARALAR
    XÜSUSİ GÜNDÜZ İŞIQLARINA MALİK MATRIX LED FARALAR

    Mükəmməl formada dizayn olunmuş bu Matrix LED faralar möhtəşəm işıltı saçaraq və göz gündüz işığına yaxın bir işıq keyfiyyəti təmin edir və onun təmin etdiyi işıq gözü yormur. Ağıllı Uzaq Məsafələri İşıqlandırma Köməkçisi qarşıdan gələn avtomobilləri təyin etmək üçün qarşı tərəfə baxan kameradan istifadə edir və avtomobil və irəlidəki avtomobillər ətrafında "kölgələr" yaradaraq uzağa düşən işığı manipulyasiya edir, belə ki, siz digər sürücülərin gözlərini qamaşdırmadan uzağı işıqlandırma farasının işıltısından yararlanmağa davam edəcəksiniz.

  • XƏBƏRDARLIQ İŞIQLARINA MALİK AVTOMATİK TÜNDLƏŞƏN, AVTOMATİK QATLANAN, QIZDIRILAN YAN GÜZGÜLƏR
    XƏBƏRDARLIQ İŞIQLARINA MALİK AVTOMATİK TÜNDLƏŞƏN, AVTOMATİK QATLANAN, QIZDIRILAN YAN GÜZGÜLƏR

    Bu qabaqcıl, qızdırılan güzgülər dar məkanlarda park edən zaman avtomobilə zərər gəlməsin deyə avtomatik olaraq qatlanır. Bundan əlavə, yan güzgülər gecə vaxtı idarəetmə zamanı faralardan düşən işığı minimallaşdırmaq üçün avtomatik tündləşmə funksiyasına malikdir. Yan güzgülərin yan aşağı hissəsində inteqrasiya edilmiş xəbərdarlıq işıqları Range Rover Velar siluetini xarakterizə edir.

  • ZAMŞA DƏRİDƏN OLAN YASTIQLARA MALİK DƏLİKLİ GRAİNED DƏRİ OTURACAQLAR
    ZAMŞA DƏRİDƏN OLAN YASTIQLARA MALİK DƏLİKLİ GRAİNED DƏRİ OTURACAQLAR

    Bu 10 tərzdə avtomatik tənzimlənən oturacaqlar mükəmməl komforta malik və idman üslubuna xas hiss bəxş edən zamşa parçadan olan grained dəri ilə örtülmüşdür.

  • İNTERAKTİV SÜRÜCÜ MONİTORUNA MALİK MERIDIAN™ ƏTRAFA YAYILAN SƏS SİSTEMİ
    İNTERAKTİV SÜRÜCÜ MONİTORUNA MALİK MERIDIAN™ ƏTRAFA YAYILAN SƏS SİSTEMİ

    Meridian TM Ətrafa Yayılan Səs Sistemi TrifieldTM texnologiyasından qüsursuz şəkildə istifadə edərək 16 səsucaldıcı və iki kanallı sabvufer vasitəsilə 825 Voltluq güc təqdim edir. 12.3" yüksək diapazona malik İnteraktiv Sürücü Monitoru geniş sayda məlumat, əyləncə və aktiv təhlükəsizlik məlumatlarını qəbul edə və nümayiş etdirə bilir.

  • PARK VƏ DRIVE PAKETLƏRİ
    PARK VƏ DRIVE PAKETLƏRİ

    Park Paketi dar məkanlarda və şəhər mühitində hərəkət etmək üçün sizə kömək edəcək, bu paketin özəlliklərinə: 360 Park Köməkçisi və Arxa Yol Monitoru daxildir. Drive paketi isə sizdə asılı olmadan sürət artmasının qarşısını almaqda sizə kömək edəcək özəlliklər təklif edir. Məsələn: Sürücü Vəziyyətinə Nəzarət, Ölü Məntəqələrə Nəzarət və Yol İşarələrini Təyinetmə sistemləri

Mühərriklərə Sürətli Baxış

Mühərrik Sürətlənmə 0-100km/s
saniyələrlə
Maksimum Sürət km/s Fırlanma anı Nm Şəhərl/100km
(Velar/R-Dynamic)
Ekstra Şəhərl/100km
(Velar/R-Dynamic)
Kombinasiya edilmiş dövrl/100km
(Velar/R-Dynamic)
CO2 Emissiya q/kq
(Velar/R-Dynamic)
P250 6,7 217 365 9,1 6,7 7,6 173
P300 6,0 234* 400 9,5 6,9 7,8 178
P380 5,7 250* 450 12,7 7,5 9,4 214