Range Rover Sentinel avtomobili şiddətli hücumlara qarşı ən yüksək səviyyədə müqavimət göstərmək və Range Rover-ə xas dəbdəbəni saxlayaraq yolsuzluğa davam gətirmək üçün professional şəkildə hazırlanıb.

JOHN EDWARDS
XÜSUSİ NƏQLİYYAT VASİTƏLƏRİ İLƏ BAĞLI İŞLƏR ÜZRƏ İCRAÇI DİREKTOR

    BAŞA

    PERFORMANS

    BALLİSTİK MÜDAFİƏ

    Bu mobil qala ən zərərverici və hədəflənmiş təhlükələrə, o cümlədən, 7.62mm-lik yanğına səbəb olan güllələrin yüksək sürətlə nüfuzetməsinə qarşı hazırlanmışdır. Bu müstəsna avtomobil 15 kq-lıq Trinitrotoluol (TNT) partlayışına qarşı yan qoruma təmin edir və döşəmənin altından və damın üstündən partlayan DM51 bombalarına qarşı müdafiə gücünə malikdir.

    Təhlükəsiz Təkərlər

    Tamamilə NXİ tərəfindən hazırlanmış Sentinel deşildikdə belə hərəkət edən təkərlərə malikdir. Bu təkərlərə xüsusi olaraq 20 düymlü yüngüllehimli disklər quraşdırılıb ki, bu da şinin havasının boşalmasına baxmayaraq avtomobilin hərəkət etməsinə imkan verir. Bu sistem hücumun necə olmasından asılı olmayaraq təmin edir ki, Range Rover Sentinel xilas olmaq üçün xüsusilə tənzimlənmiş ZF 8 pilləli avtomatik transmissiyalı 340 AG-yə malik 3 litrlik V6 üfürməli benzin mühərrikinin möhtəşəm performasından istifadə etsin. Bundan əlavə, hər ikisi yüksək sıxlıqlı qəliblərə malik 380 mm-lik ön və 365 mm-lik arxa ventilyasiya edən diskli əyləclər lazım gəldikdə güclü dayanma hərəkəti təmin edir.

    MODELİNİZİ SEÇİN

    • HSE
    • VOGUE
    • VOGUE SE
    • AUTOBIOGRAPHY
    • SVAutobiography DYNAMIC
    • SVAutobiography UZUN TƏKƏRLƏRARASI BAZA