BAŞA

    LAND ROVER TOTAL CARE
    YOL YARDIMI

    Total Care Yol Yardımı Land Rover sürücülərinə sınma və ya qəzanın səbəb olduğu hərəkətsizlikdən tutmuş dəlik yaranması kimi kiçik hallar da daxil olmaqla avtomobillə bağlı fövqəladə hallarda yardım etmək üçün özəl olaraq hazırlanmışdır.

    Bizim Land Rover üzrə təlim keçmiş texniki mütəxəssislərimiz sizin avtomobilinizi mümkün olan ən qısa müddətdə işə salmaq üçün ixtisaslaşsalar da, Total Care Yol Yardımı paketi bu mümkün olmadıqda, sizin və sərnişinlərinizin destinasiyanıza çatmasının alternativ üsullarını təmin edir.

    Total Care Yol Yardımı həmçinin sizə təcrübəli və bir çox dili bilən personal tərəfindən ilin hər günü, gündə 24 saat Yaxın Şərq və Şimali Afrika (MENA) təcili yardım mərkəzinə giriş imkanı verir.

    Paketin müddəti fərdi Total Care üzvlük kartında göstəriləcəkdir.

    Yardım almaq üçün, lütfən, zəng edin:


    Qeyd edək ki: Keyfiyyət və təlim məqsədləri üçün Total Care Yol Yardımı mərkəzinə edilən bütün zənglər qeydə alınır. Bu, həm də natamam və ya qeyri-müəyyən ola biləcək zənglərin təfərrüatlarını təsdiqləməyə kömək edəcəkdir.

    Yardım Alma

    Zəmanətə daxil olan Avtomobilin Qəzası ilə bağlı yardım almaq istədikdə, Total Care Yol Yardımı mərkəzinə müraciət edin. Lütfən, özünüz təşəbbüs göstərməyə cəhd etməyin.

    Lütfən, Total Care Yol Yardımı mərkəzinə zəng edərkən aşağıdakı məlumatlar əlinizin altında olsun:

    -Avtomobilinizin Total Care vərəqəsində göstərilən VIN nömrəsi .
    - Avtomobilinizin qeydiyyat nömrəsi.
    - Dəqiq məkanınız.
    - Əlaqə nömrəniz.

    Total Care Yol Yardımı xidmətini Anlama

    Aşağıdakı sözlər və ifadələr belə təyin edilmişdir:

    Benefisiar
    Yardım tələb olunan zaman Əhatə olunan Ölkədə Zəmanətə daxil olan Avtomobili idarə edən səlahiyyətli və lisenziyalı sürücü və ya avtomobilin sahibidir.

    Qəza (Hərəkətsizlik)
    Zəmanətə daxil olan Avtomobilin hərəkətsizliyinə səbəb olan elektirk və ya mexaniki nasazlıq və ya yol qəzasıdır.

    Qeydiyyatın aparıldığı Ölkə
    Zəmanətə daxil olan Avtomobilin qeydiyyata alındığı ölkə.


    Zəmanətə daxil olan Avtomobil
    Land Rover istehsalçısının zəmanəti və ya Uzadılmış Zəmantə əsasən avtomobilin sürücünün iştirakı ilə və ya o, olmadan insanların və ya malların kütləvi daşınması və ya kirayə üçün istifadə edilməməsi şərtilə, yolda istifadəyə yararlı vəziyyətdə saxlanılan və Land Rover tövsiyələrinə uyğun şəkildə xidmət göstərən istənilən yeni Land Rover-dir (Defender istisna olmaqla).

    Daimi Yaşayış Yeri
    Benefisiarın Qeydiyyatın aparıldığı Ölkədə olması şərtilə yaşadığı məkandır.

    Total Care Yol Yardımı Benefisiara Zəmanətə daxil olan Ölkələrdə aşağıda göstərilən Yol Yardımı Xidmətlərini təklif edir.

    Yol Yardımı Xidmətləri GPS məkanı bildirmək şərtilə, bütün ictimai yollar və yerli qanunlara əsasən girişin mümkün olduğu və icazə verildiyi, istənilən asfalt və ya torpaq yoldan 1 km-dən uzaq olmayan "çətin keçilən yollar/bütün növ yollar"-ın olduğu ərazilər daxil olmaqla, xidmətlərin quru nəqliyyat vasitələri ilə çatdırıla bildiyi istənilən ərazilərdə təmin edilə bilər. Bununla belə, Yol Yardımı Xidmətləri hava, təhlükəsizlik və ya digər şəraitlərin xidmətlərin göstərilməsini mümkünsüz hala gətirdiyi və ya xidmətlərin təmin edilməsi üçün nəzərdə tutulan şəxs və ya avadanlıqların təhlükəsizliyini təhlükəyə atdığı zaman və yerlərdə təmin edilməyəcəkdir.

    Avtomobilin Evakuasiyası və ya Çıxarılması
    Zəmanətə daxil olan Avtomobil Qəzalı olduqda Total Care mümkün olarsa, Zəmanətə daxil olan Avtomobilin ən yaxın Land Rover İdxalçısına evakuasiya edilməsi və ya daşınmasını evakuasiya və ya daşınma üçün 150 ABŞ dollarına qədər limitlə və Zəmanətə daxil olan Avtomobilin çıxarılması üçün krandan istifadəyə ehtiyac olarsa, 300 ABŞ dollarına qədər limitlə təmin edəcəkdir.

    Boşalmış Şinin Dəyişdirilməsi
    Zəmanətə daxil olan Avtomobildəki boşalmış, sızan və ya zədələnmiş şinin Zəmanətə daxil olan Avtomobilin ehtiyat şini ilə ödənişsiz şəkildə əvəz edilməsi Benefisiara təmin ediləcəkdir. Bu xidmət üçün ehtiyat şin Zəmanətə daxil olan Avtomobildə olmalı və yaxşı vəziyyətdə olmalıdır. Bu xidmət təmin edilə bilmədikdə, Zəmanətə daxil olan Avtomobil 150 ABŞ dollarına qədər limitlə ən yaxındakı Land Rover İdxalçısına evakuasiya ediləcək və ya daşınacaqdır.

    Zədələnmiş şinin təmiri üçün tələb olunan istənilən təmir işləri və istənilən təmir işləri ilə bağlı xərclərə görə Benefisiar məsuliyyət daşıyır.

    Akkumlyatorun İşə salınması
    Zəmanətə daxil olan Avtomobilin akkulmyatorunun işə salınması Benefisiara ödənişsiz şəkildə təmin ediləcək və əgər işə salınma yetərli olmazsa, Zəmanətə daxil olan Avtomobil 150 ABŞ dollarına qədər limitlə ən yaxın Land Rover İdxalçısına evakuasiya ediləcək və ya daşınacaqdır.

    Yanacağın Çatdırılması
    Əgər Zəmanətə daxil olan Avtomobildə yanacaq tükənərsə, zəmanətə daxil olan avtomobilin ən yaxın xidmət stansiyasına çatması üçün kifayət qədər yanacaq (2 qallona qədər) təmin ediləcəkdir.

    Lokavt Yardımı
    Zəmanətə daxil olan Avtomobil üçün avtomobil üzrə lokavt yardımı Benefisiara ödənişsiz şəkildə təmin ediləcəkdir.

    Biz hər zaman ən praktiki üsulla lokavt yardımını təmin etməyə çalışacağıq. Bununla belə, əgər avtomobilinizə daxil ola bilmirsinizsə, müasir təhlükəsizlik sistemləri məcburi daxil olmanı zəruri edə bilər. Əgər baş verən hal budursa, dəyən zərərə görə istənilən xərclərə görə siz məsuliyyət daşıyacaqsınız və sizdən buna icazə verdiyinizi göstərən bəyanat imzalamağınız tələb oluna bilər.

    Sonrakı Səyahət Yardımı
    Əgər Total Care Yol Yardımının göstərdiyi yardımın ardınca Land Rover İdxalçısı Zəmanətə daxil olan Avtomobilin eyni gün təmir edilə bilməyəcəyini yazılı şəkildə təsdiqləyərsə, mümkün olan yerdə Benefisiarın öz səfərinə ən müvafiq üsullarla davam etməsi üçün aşağıdakı xidmətlərdən biri təşkil ediləcəkdir.

    Oteldə Yerləşdirmə
    Mümkün olan yerdə otel otağı kimi gecə qalmaq üçün yer(lakin qida, içki, telefon zəngləri və ya digər xərclər daxil deyil) təşkil olunacaq və Benefisiara hər gün üzrə 120 ABŞ dollarına qədər limitlə ödəniş, ümumilikdə qəza üçün 500 ABŞ dollarına qədər limitlə ödəniş ediləcəkdir; və ya

    Səyahət
    Əgər Land Rover İdxalçısı təmir müddətinin 48 saatı keçəcəyini yazılı şəkildə bildirərsə, Benefisiarın Daimi Yaşayış Yerinə və ya nəzərdə tutulan destinasiyaya geri aparılması zamanı yaranan səyahət xərcləri mümkün olarsa, təşkil olunacaq və Benefisiara 120 ABŞ dollarına qədər limitlə ödəniş, ümümilikdə qırılma üçün 500 ABŞ dollarına qədər limitlə ödəniş ediləcəkdir; və ya

    Avtomobilin Kirayəsi
    Əgər Total Care Yol Yardımının göstərdiyi yardımın ardınca Zəmanətə daxil olan Avtomobil 24 saat ərzində təmir oluna bilməyəcəksə və Land Rover İdxalçısı təmir müddətinin 24 saatı keçəcəyini yazılı şəkildə bildirərsə, biz mümkün olarsa, maksimum 48 saat müddətinə sınma üçün 150 ABŞ dolları limiti ilə avtomobili kirayələməyə çalışacağıq.

    Avtomobil müqaviləli avtomobilin icarəsi şirkətlərindən təmin ediləcəkdir. Biz orta ölçülü bir avtomobili kirayələməyə çalışacağıq, lakin bu onun əlçatanlığından asılı olacaqdır. Avtomobil sürücü olmadan şəxsi istifadə üçün kirayələnəcəkdir. Benefisiar icarə firmasının kirayə şərt və müddəalarına əməl etməyə hazır olmalıdır və siz Şəxsi Siğorta (PI), Dəyən Zərərin Qarşılığı (CDW) və eləcə də istənilən yanacaq xərcləri, yol cərimələri, ücrətli yola görə ödənişlər və əlavə kirayə günlərinə görə məsuliyyət daşıyacaqsınız.

    Benefisiardan etibarlı sürücülük vəsiqəsi və kredit kartı depozitini təmin etmək tələb olunacaq, əks halda avtomobilin kirayəsi xidmətinə zəmanət verilə bilməz. Bəzi ölkələrdə sürücülük vəsiqələrinin ən azı bir il əvvəl alınmış vəsiqələr olması tələb olunur. Benefisiarın vəsiqəsi ilə bağlı bəzi yoxlamalar, həmçinin onun avtomobili kirayələmək uyğunluğunu təhlükəyə ata bilər.

    Siğorta tələbləri adətən, kirayələyənin 25 yaşdan yuxarı və 65 yaşadək bir şəxs olmasını tələb edir. Əgər Benefisiar 25 yaşdan aşağı və ya 65 yaşdan yuxarı olarsa, biz alternativ tənzimləmələr etməyə çalışacağıq, lakin bunlara zəmanət verilə bilməz.

    Avtomobilin Geri qaytarılması
    Əgər Sınma və Total Care Yol Yardımı tərəfindən bərpa olunmanın ardınca zəmanətə daxil olan avtomobil təmin edilə bilməzsə və ya əgər təmir Benefisiarın Daimi Yaşayış Yerinə geri aparılmasından əvvəl bitməzsə, Zəmanətə daxil olan Avtomobil mümkün olarsa, 300 ABŞ dollarına qədər limitlə Benefisiarın Daimi Yaşayış Yerinə ən yaxın olan Land Rover İdxalçısına geri qaytarılacaqdır.

    Saxlama
    Əgər təmir və bərpa edilən Zəmanətə daxil olan Avtomobil Sınma və Total Care Yol Yardım tərəfindən bərpa olunmanın ardınca və Benefisiar Zəmanətə daxil olan Avtomobili geri götürməzdən əvvəl saxlanmalıdırsa, 150 ABŞ dollarına qədər limitlə saxlama ödənişi ediləcəkdir. Buraya İdxalçıda saxlama aid deyil.

    Sərnişinlərin Daşınması
    Əgər Benefisiarın daimi yaşayış yerindən uzaqda onun zəmanətə daxil olan avtomobili idarə etməsinə mane olan qəfil xəstəlik, qəza və ya ölüm halı olarsa və əgər Benefisiar zəmanətə daxil olan avtomobildəki yeganə lisenziyalı sürücüdürsə, bu hal tənzimlənəcək və müvafiq və mümkün olarsa, 300 ABŞ dollarına qədər limitlə sərnişinlərin daimi yaşayış yerinə və ya səfərin nəzərdə tutulan destinasiyasına daşınması üçün taksi və ya sürücünün idarə etdiyi avtomobil üçün ödəniş ediləcəkdir.

    Avtomobil ümumilikdə 300 ABŞ dollarına qədər limitlə Benefisiarın daimi yaşayış yerinə və ya nəzərdə tutulan destinasiyaya daşınacaqdır.

    İstənilən tibbi yardım və tibbi daşınma xərclərinə görə Benefisiar məsuliyyət daşıyacaqdır.