TEZ-TEZ VERİLƏN SUALLAR

HAMISINI AÇ
Hamısını Bağla
  • Niyə tormoz qəlibləri Land Rover-in Zəmanət Proqramına daxil deyildir?

    Tormoz qəlibləri köhnələn əşyalar kimi təsnif edilmişdir və əsasən sürücünün tormozlama tipinə görə (idarəetmə tərzi) sıradan çıxır; bu hissələr istifadə edildikdən sonra dəyişdirilən əşyalardır və Land Rover-in Zəmanət Proqramına daxil deyildir.

  • Avtomobilimin xidmət müqaviləsini uzada bilərəmmi?

    Bəli, bəzi bazarlar üçün əlavə müddət mümkündür. Standart xidmət müqavilələri 3 və ya 5 ili əhatə edir. Əlavə edilən müddət isə 2 illik müddət olacaq və orijinal xidmət müaviləsinin sonuna yaxın satın alına biləcəkdir.

  • Niyə pərakəndə satış nümayəndəliyi mən avtomobilimi servis xidmətinə verdikdə məni alternativ avtomobil və ya avtomobil kirayəsi ilə təmin etmir?

    Alternativ avtomobillər və ya avtomobil kirayəsi zəmanət haqqlarına aid edilmir, lakin o, əvvəlcədən sifariş edilən bütün xidmətlər üzrə təmin edilə bilər.

  • Niyə pərakəndə satış nümayəndəliyinin anbarında avtomobilin bütün ehtiyat hissələri yoxdur?

    Biz müntəzəm təchizat sifarişləri əsasında Birləşmiş Krallıqdan avtomobil hissələri üçün müəyyən səviyyədə anbarda mövcudluğu təmin edirik. Buna görə də bəzi hissələr hər zaman anbarda mövcud olmaya bilər və avtomobil istifadədən çıxdıqda yüksək prioritet əsasında sifariş edilir - digər təmirlər zamanı hissələr müntəzəm əsaslarla sifariş olunacaqdır.

  • Niyə mən hər bir xidmətə görə fərqli məbləğ ödəməliyəm?

    Avtomobilin yürüşündən asılı olaraq böyük və ya kiçik xidmətlər göstərilir, buna görə də müxtəlif məbləğlər meydana çıxır. Bundan əlavə, xidmət proseduru zamanı hər hansı bir işin görülməsi müəyyən edildikdə əlavə ödənişlər də tətbiq olunacaqdır.
    Lütfən, nəzərə alın ki, göstərdiyimiz hər bir periodik xidmət sizin avtomobilinizin düzgün şəkildə işləməsindən əmin olmaq üçün istehsalçı standartlarına uyğun şəkildə həyata keçirilir. Bütün xidmətlərdə avtomobilin müxtəlif hissələrinin keyfiyyətinin yoxlanması üçün yoxlama siyahısı vardır. Yalnız orijinal ehtiyat hissələrindən istifadə edilir və xidmətlər Land Rover üzrə təlim keçmiş texniki mütəxəssislər tərəfindən həyata keçirilir.

  • Xidməti qaçırsam, yürüş və ya ay üzrə güzəşt dövrü əldə edəcəm?

    Sizin hansının birinci olmasından asılı olaraq, lazımi xidmət tarixindən əvvəl və ya sonra 1 aylıq və ya yürüş xidməti tələbindən əvvəl və ya sonra 1600 km-lik güzəşt dövrünüz var.

  • Avtomobilimə xidmət göstərilməsi üçün vaxtı necə rezerv edə bilərəm?

    Bu tətbiqdəki "Xidməti Rezerv edin" seçimindən istifadə edin. Yaxud pərakəndə satış nümayəndəliyinin çağrı mərkəzlərinə zəng edə bilərsiniz.

  • Niyə mən Land Rover tərəfindən təklif edilən Mühərrik Yağını istifadə etməliyəm?

    Land Rover tərəfindən təklif edilən mühərrik yağı mühərriyinizin problemsiz işləməsini təmin edir və onun performansını artırır. Land Rover mühərrikləri optimal performans keyfiyyətini təmin edən yüksək səviyyəli məhsullar yaratmaq üçün ən son texnologiyaların istifadəsi ilə hazırlanmışdır. Buna görə də avtomobilinizdə istifadəsinə icazə verilməyən yağlayıcı maddələrdən istifadə mühərrikin performansına və problemsiz işləməsinə təhlükə yarada bilər və nəticədə onun daxili komponentlərinə zərər verə bilər.

  • Avtomobilimdə Şin Təzyiqinin Monitorinq Sistemini (TPMS) quraşdıra bilərəm?

    Orijinal deyilsə, məsləhət görülmür. Bölgənin istiliyi TPMS-nin düzgün işləməsinə imkan verməyəcəkdir. Həmçinin nəzərə alın ki, TMPS-nin avtomobil modeli üçün dəstəklənən aksessuar olması tələb olunur.

  • Narahatlıq və avtomobilimin təmirinə sərf edilən vaxta görə mənə necə kompensasiya ödəniləcək?

    İtirilən zamana, narahatlıq və ya avtomobilin zəmanətinə daxil olan qüsur səbəbindən sizə (və ya başqa bir şəxsə) dəyən istənilən digər təsadüfi və ya dolayı zərərə görə məsuliyyəti istisna edirik. Bununla belə, təmirin növündən asılı olaraq (mövcud olmayan hissələr, təkrarlanmayan xəta, təkrarlanan təmir) biz kompensasiya təklif edə bilərik.
    Əgər avtomobil 5 iş günündən artıq təmirdə olubsa, lütfən, narahatlıqlarınızı avtomobilinizin təfərrüatlarını aşağıdakı kimi qeyd etməklə crcmena@landrover.com adresində Land Rover CRC MENA-ya bildirin.

    -VIN (şassi nömrəsi)
    -Avtomobilin sexə təqdim edilmə tarixi
    -Ölkə/Şəhər və Diler Filialı
    -Avtomobildəki hazırki xəta nədir?
    -Təkrarlanan xətadır? Lütfən, ətraflı məlumat verin
    -Lazım olarsa təqdim edilməli olan şəkil və videolar