Təqdim olunan rəqəmlər tam şarj olunmuş batareya ilə Aİ qanunvericiliyinə uyğun olaraq rəsmi istehsalçının sınaqlarının nəticəsidir. Yalnız müqayisə məqsədləri üçün. Qlobal miqyasda real göstəricilər fərqli ola bilər. CO2, yanacaq sərfiyyatı, enerji istehlakı və yürüş məsafəsi kimi göstəricilər sürüş tərzi, ətraf mühit şəraiti, yük, təkər ölçüləri, quraşdırılmış aksesuarlar, faktiki marşrut və batareyanın vəziyyəti kimi amillərdən asılı olaraq dəyişə bilər. Məsafə göstəriciləri standart marşrut üzrə silsiləyə daxil olan nəqliyyat vasitəsinə əsaslanır.
△75 kq sürücü, tam maye və 90% yanacaq daxildir.
▲Tam maye və 90% yanacaq daxildir.
⬧21 düymlük təkərlərlə təchiz edildikdə.
⬨4 zonalı klimat-kontrol sistemi quraşdırıldıqda yük sahəsinin eni 1,273 olacaq.
✧Quru: VDA-ya uyğun bərk bloklarla ölçülən həcm (200 mm x 50 mm x 100 mm).
✦Yaş: Maye ilə dolu yük sahəsinin simulyasiyası ilə ölçülən həcm.
Göstərilən çəkilər avtomobilin standart xarakteristikasını əks etdirir. İstehsal sonrası əlavə edilən aksesuarlar və digər avadanlıqlar yükgötürmə qabiliyyətinə təsir göstərəcək. Aksesuarlar, sərnişinlər, maye və yanacaq yükləndikdə Ümumi Avtomobil Çəkisinin (GVW) və Oxa Düşən Maksimum Yükün müəyyən edilmiş həddinin aşılmadığından əmin olun.
Seçimli (opsional) funksiyalar və onların əlçatanlığı avtomobilin texniki komplektasiyasından (model və güc aqreqatı) asılı olaraq dəyişə bilər və ya quraşdırılması üçün digər funksiyaların mövcudluğunu tələb edə bilər. Daha ətraflı məlumat üçün yerli rəsmi satış mərkəzinə müraciət edin və ya avtomobilinizi onlayn şəkildə konfiqurasiya edin.